Bakı. Trend:
Bakıda evdən meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda bir nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Çağırış ünvanına cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan bir nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.