...

Bakı-Quba yolundakı qəzada 6 nəfər ölüb

Hadisə Materials 15 Dekabr 2022 10:41 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Quba yolunda baş verən yol qəzasında 6 nəfərin öldüyü bildirilir.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən ilkin məlumata görə, hadisə nəticəsində 6 nəfər həlak olub.

İlkin ehtimala görə, ölənlərdən biri "Mercedes-Vita" markalı avtomobilin sürücüsü, 5 nəfər isə sərnişini olub.

Qeyd edək ki,Bakı-Quba yolunun 98-ci km-də (Sizyəzən rayonu ərazisindən keçən hissəsində) ağır yol-nəqliyyat hadisəsi baş verib. Mersedes Vita markalı avtomobillə TIR toqquşub. Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti