...

Hacıqabulda xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Hadisə Materials 18 Yanvar 2023 08:57 (UTC +04:00)
Hacıqabulda xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Bakı. Trend:

Hacıqabul Rayon Polis Şöbəsinin və DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən iki fərdi təsərrüfatdan ümumilikdə 9 baş xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rəşad Məmmədov və Orxan Həsənov saxlanılıblar.

Hacıqabul Rayon Polis Şöbəsindən Trend-ə verilən məlumata görə, dindirilmə zamanı həmin şəxslər törətdikləri əməli etiraf edərək oğurluq yolu ilə ələ keçirdikləri xırdabuynuzlu heyvanları satdıqlarını və əldə etdikləri pulları öz aralarında böldüklərini bildiriblər.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti