...

İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən iki nəfər saxlanılıb

Hadisə Materials 31 Mart 2023 10:54 (UTC +04:00)
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən iki nəfər saxlanılıb

Bakı. Trend:

İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən iki nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, mart ayının 31-də saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Aruz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına keçməyə cəhd göstərən 2 nəfər saxlanılıblar.

Araşdırma zamanı saxlanılan şəxslərin 1992-ci il təvəllüdlü İran İslam Respublikası vətəndaşı Rəcəbi Cavad Rəcəb oğlu və 1994-cü il təvəllüdlü Əfqanıstan Respublikası vətəndaşı Elmiddin Əhmədşah Nurullah oğlu olmaları müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti