...

Bərdədə 4 maşın toqquşub, 5 nəfər xəsarət alıb

Hadisə Materials 14 Aprel 2023 17:02 (UTC +04:00)
Bərdədə 4 maşın toqquşub, 5 nəfər xəsarət alıb

Bərdə. Trend:

Bərdədə 5 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəza baş verib.

Trend-in yerli bürosunun məlumatına görə, hadisə rayonun Qazıqurdalı kəndi ərazisində qeydə alınıb.

Yüskək sürətlə hərəkətdə olan "VAZ 2107" markalı avtomobilin sürücüsü Ərəstun Həsən oğlu Mehdiyev idarəetməni itirərək hərəkətdə olan "VAZ 2109" və “NİVA” markalı minik avtomobillərinə daha sonra isə yol kənarında dayanmış vəziyyətdə olan Mercedes Atego markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində 5 nəfər 13 yaşlı Həsən Ərəstun oğlu Mehdiyev, 17 yaşlı Fidan Zöhrab qızı Teymurova, 56 yaşlı Elşən Xəlil oğlu Vəliyev, 37 yaşlı Fariz Altay oğlu Qasımov, 43 yaşlı Şamxal Vaqif oğlu Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alan şəxslər Təcili Tibbi yardım avtomobili ilə Bərdə Mərkəzi rayon xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti