...

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən Nepal və Şri-Lanka vətəndaşları saxlanılıb (FOTO)

Hadisə Materials 18 Aprel 2023 14:34 (UTC +04:00)
Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən Nepal və Şri-Lanka vətəndaşları saxlanılıb (FOTO)

Bakı. Trend:

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən Nepal və Şri-Lanka vətəndaşları saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, aprel ayının 6-da saat 01:08-də Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər Nepal Federativ Demokratik Respublikası və 2 (iki) nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşları saxlanılıb.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qanunsuz yolla keçmələrinə bələdçilik edən Azərbaycan Respublikası vətəndaşı Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Hüseynov Nadir Hidayət oğlu müəyyən edilərək istintaqa cəlb edilib.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti