...

Naxçıvan sakininin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb

Hadisə Materials 31 May 2023 21:32 (UTC +04:00)
Naxçıvan sakininin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 31-i Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini 1992-ci il təvəllüdlü Şıxəliyev Xəlil Həsən oğlunun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda qəsdən adamöldürmə faktı üzrə cinayət işi başlanıb.

İlkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Nəcəfov Gündüz Nəcəf oğlunun yaşadığı Püsyan kəndi ərazisində həmkəndlisi Xəlil Şıxəliyevi bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və Gündüz Nəcəfov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti