...

Model Razi Əliyevanı döyən sevgilisi həbs edildi

Hadisə Materials 1 İyun 2023 20:23 (UTC +04:00)
Model Razi Əliyevanı döyən sevgilisi həbs edildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Vətəndaş Razi Əliyevanın tanışı Ziya Hüseynzadə tərəfindən fiziki zorakılığa və digər qanunazidd hərəkətlərə məruz qalması barədə məlumatlar polis tərəfindən araşdırılıb.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırmalarla Z.Hüseynzadə mayın 26-da R.Əliyevanın Qaradağ rayonu Lökbatan qəsəbəsində anasına məxsus mənzilinə hücum edərək nalayiq ifadələr səsləndirib zor tətbiq etməklə giriş qapısını zədələyərək ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq hərəkətləri törətməsi məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanılıb, Z.Hüseynzadənin cinayət törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən bu gün həbs edilib.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, model Razi Əliyeva 2017-ci ildə Azərbaycan gözəli seçilib.

Xəbər lenti

Xəbər lenti