...

Biləsuvarda qonşular arasında münaqişə faciə ilə nəticələndi

Hadisə Materials 19 İyun 2023 00:03 (UTC +04:00)
Biləsuvarda qonşular arasında münaqişə faciə ilə nəticələndi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 18-də saat 23 radələrində Biləsuvar rayonunda 8 saylı qəsəbə ərazisində 1983-cü il təvəllüdlü Bayram Oruc oğlu Bayramovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Məlumata görə münaqişə qonşular arasında baş verib.

B.Bayramov polis nəfəri kimi əvvəllər polis orqanında xidmət edib, öz arzusu ilə polis orqanlarından xaric edilib.

Əlavə məlumat veriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti