...

Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

Hadisə Materials 22 İyun 2023 09:54 (UTC +04:00)
Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mingəçevir Su Anbarında və Xəzər dənizinin Lənkəran şəhəri akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Trend-ə bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Mingəçevir şəhər sakinləri Məmmədcan Məmmədov, Fərrux Səmədov, Abil Abdurəhmanov, Lənkəran rayon sakinləri Mail Əhmədov, Rəsul Əzizov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti