...

Cəlilabadda avtomobilin vurduğu piyada dünyasını dəyişib

Hadisə Materials 1 Avqust 2023 01:22 (UTC +04:00)
Cəlilabadda avtomobilin vurduğu piyada dünyasını dəyişib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Cəlilabad rayonunda avtomobilin vuraraq komaya saldığı piyada vəfat edib.

Trend xəbər verir ki, 1985-ci il təvəllüdlü Mirayət Abıyev həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə Cəfərli kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Mirayət Abıyevi avtomobil vurub. O, koma vəziyyətində xəstəxanaya aparılıb və süni tənəffüs aparatına qoşulmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti