...

Salyanda teplovoz piyadanı vurub (YENİLƏNİB)

Hadisə Materials 16 Avqust 2023 11:35 (UTC +04:00)
Salyanda teplovoz piyadanı vurub  (YENİLƏNİB)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər saatlarında Salyan rayonunun Arbatan kənd sakini S.Dadaşovanı rayon ərazisində dəmir yolunu keçmək istəyən zaman teplovoz vurub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Bir müddət sonra isə S.Dadaşova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

xxx

11:13

16 avqust saat 08:30 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus teplovoz Salyan-Salmanlı mənzilində hərəkətdə olarkən Salyan rayonu sakini Dadaşova Sədaqət Azadxan qızı qəfil qatarın yoluna çıxıb.

Trend Səhmdar Cəmiyyətə istinadən bildirir ki, maşinist əyləci təcili işə salsa da, məsafə qısa olduğundan hadisə qəza ilə nəticələnib.

Xəsarət almış şəxs təcili tibbi xidmət briqadasının köməyi ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə aidiyyəti üzrə araşdırılır.

ADY piyadaları dəmir yolu xətlərindən keçərkən mütləq şəkildə mənzillərdə quraşdırılmış xüsusi keçidlərdən istifadə etməyə çağırır!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti