...

Saatlıda 5 otaqlı ev yanıb

Hadisə Materials 18 Avqust 2023 00:24 (UTC +04:00)
Saatlıda 5 otaqlı ev yanıb

Bakı. Trend:

Saatlı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Mircəlal kəndində ümumi sahəsi 112 m² olan birmərtəbəli 5 otaq və aynabəndən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti