...

Oğuzda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb

Hadisə Materials 25 Avqust 2023 20:56 (UTC +04:00)
Oğuzda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, bu gün saat 16 radələrində Oğuz rayonunun Sincan kəndi ərazisində Rəvan Osmanovun idarə etdiyi “Opel” markalı avtomobil ilə İntiqam Nəbiyevin idarə etdiyi “VAZ-2107” toqquşub.

Hadisə nəticəsində sonuncu nəqliyyat vasitəsindəki sərnişin, 1961-ci il təvəllüdlü Tofiq Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və digər iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti