...

Xaçtryanın azərbaycanlılara verdiyi işgəncə: "Qoy it kimi ölənədək qanın axsın"

Hadisə Materials 17 Oktyabr 2023 11:55 (UTC +04:00)
Xaçtryanın azərbaycanlılara verdiyi işgəncə: "Qoy it kimi ölənədək qanın axsın"
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Xaçtryanın azərbaycanlılara verdiyi işgəncə: Qoy it kimi ölənədək qanın axsın

Bakı. Trend:

Xocalıda Azərbaycanlılara qarşı qətliam törədən Vaqif Xaçatryanın amansız işgəncələri açıqlanıb.

Trend-in məlumatına görə, bu barədə Vaqif Xaçatryanın ittiham aktında göstərilib.

İttiham aktında göstərilib ki, Vaqif Xaçatryan 1988-ci ilin noyabr ayının sonlarında sürücülük məktəbini bitirmələri ilə əlaqədar imtahan vermək məqsədi ilə Xankəndi şəhərinə gəlmiş və Xankəndi şəhər polis (keçmiş milis) idarəsinə salınaraq orada saxlanılmış, Xocalı rayonunun Meşəli kənd sakinləri Kazımov Məmməd İslam oğlu və Novruzov Zakir Novruz oğlunun saxlanıldıqları otağa qanunsuz silahlı hərbi birləşmələrin istintaqa məlum olmayan digər 5 üzvü ilə birlikdə daxil olub onları erməni dilində nalayiq sözlərlə təhqir edərək azərbaycanlıların kökünü kəsmək lazım olduğunu bildirib. O bu məqsədlə həmin şəxslərə yumruq və təpiklə üz, baş və bədənin digər nahiyələrinə çoxsaylı zərbələr vuraraq döymüş, daha sonra Qarabağın kimə məxsus olduğunu soruşaraq cavab almadığına görə onları döyməyə davam etmiş və üzərində olan bıçağı nümayiş etdirərək "sizin hər birinizin orasını kəsmək lazımdır ki, artıb törəyə bilməyəsiniz" sözlərini işlədib. Məmməd Kazımovun xaya nahiyəsinə bıçaqla bir zərbə vurmuş, zərbənin təsirindən yerə yıxılan Məmməd Kazımov ermeni dilində Vaqif Xaçatryanın ünvanına nalayiq sözlər işlətdiyinə görə, o, əlindəki bıçaqla hər iki ayağının üzərində kəsiklər etməklə ona sağlamlığa yüngül zərərvurmaya aid "xayalığın, sol və sağ aşıq-baldır oynağ proyeksiyasının ve sağ ayaq pəncəsinin arxa səthinin kəsilmiş yaraları, sağ qaşın sol gicgah nahiyəsinin və sağ əlin birinci barmağının küt yarası" xəsarətlərini yetirərək, "qoy it kimi canın çıxanadək qanın axsın" sözlərini işlədib.

Xatırladaq ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Onun üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti