...

Lənkəran sakinindən külli miqdarda narkotik vasitə aşkarlanıb

Hadisə Materials 17 Dekabr 2023 17:58 (UTC +04:00)
Lənkəran sakinindən külli miqdarda narkotik vasitə aşkarlanıb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini Cavad Ağayev idarə etdiyi "SHACMAN" markalı yük avtomobilində saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, şəxsi axtarış zamanı ondan külli miqdarda heroin, əlavə olaraq metamfetamin, tiryək və marixuana aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti