Ağdamda 5 otaqlı ev əşyaları ilə birlikdə yanıb (FOTO/VİDEO)

Hadisə Materials 5 Yanvar 2024 16:07 (UTC +04:00)
Ağdamda 5 otaqlı ev əşyaları ilə birlikdə yanıb (FOTO/VİDEO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Ağdamda 5 otaqlı ev əşyaları ilə birlikdə yanıb.

Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.

Kənd sakini Həmidov Emin Səlahəddin oğluna məxsus 5 otaqlı evdə baş verən yanğın zamanı ev əşyaları ilə birlikdə 600 manat pulları yanaraq külə dönüb.

Hadisə yerinə FHN-nin yanğınsöndürənləri gələrək yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısını alıb.

Faktla bağlı araşdırma başlanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti