...

Ağcabədidə tapança satmaqda şübhəli bilinən şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 11 Yanvar 2024 08:49 (UTC +04:00)
Ağcabədidə tapança satmaqda şübhəli bilinən şəxs saxlanılıb (FOTO)

Bakı. Trend:

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində tapança satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qanunsuz olaraq silah əldə edərək satmaqda şübhəli bilinən Bakı şəhər sakini Rəcəb Hüseynov saxlanılıaraq şöbəyə gətirilib.

Onun üzərinə müvafiq qaydada keçirilən baxış zamanı 1 ədəd "Makarov" markalı tapança və həmin silaha məxsus daraq aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti