Bakı. Trend:
Qazaxıstanın Almatı şəhərində torpaq sürüşməsi nəticəsində iki fərdi evə ziyan dəyib.
Trend-in məlumatına görə, bu barədə şəhərin fövqəladə hallar departamentinin mətbuat xidməti bildirib.
Hazırda itkin düşən 4 nəfərin axtarışları davam etdirilir.
Departamentdən verilən məlumata əsasən, sürüşmə gecə saat 2 radələrində Tau-Samal mikrorayonunda torpaqda texnogen amillərin yaratdığı rütubətin normadan artıq olması səbəbindən baş verib.
"Medeu rayonunda baş verən hadisə nəticəsində iki fərdi yaşayış binasına ziyan dəyib, onlardan birinə qismən ziyan dəyib. İlkin məlumata görə, ziyan dəyən evlərdən birində ikisi uşaq olmaqla dörd nəfər olub", - deyə qeyd olunub.
Hadisə yerində 160 nəfər və 30-a yaxın texnika cəlb olunub.