...

Azərbaycanda məşhur həkim özünü güllələdi (YENİLƏNİB)

Hadisə Materials 24 Aprel 2024 16:57 (UTC +04:00)
Azərbaycanda məşhur həkim özünü güllələdi (YENİLƏNİB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci -ci (özünü öldürmə həddinə çatırma) maddəsi ilə cinayət işi başlanıb.

XXX

15.41

TƏBİB sabiq baş pediatr, tibb elmləri doktoru, professor Nəsib Quliyevin ölümü ilə bağlı açıqlama verib.

Qurumdan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 24.04.2024-cü il tarixində saat 12:23 radələrində Abşeron rayonu, Goradil ərazisindən tanınmış həkim-pediatr, tibb elmləri doktoru, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun intihar etməsi səbəbilə çağırış daxil olub.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.

Ünvanda şəxsin həkiməqədər ölümü qeydə alınıb.

xxx

14:18

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev özünü öldürüb.

Trend xəbər verir ki, o, özünü evində ov tüfəngi ilə güllələyib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisəni Trend-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiqləyiblər.

Məlumatda bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti