...

Ağdaşda fərdi yaşayış evində yanğın baş verib (VİDEO)

Hadisə Materials 12 May 2024 15:26 (UTC +04:00)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdaş rayonu, H.Əliyev prospektində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdaş rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus birmərtəbəli, yeddi otaqdan ibarət fərdi yaşayış evində baş verdiyi müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 180 kv.m. olan yeddiotaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 24 kv.m. sahədə yanıb.

Evin böyük hissəsi yanğından mühafizə olunub.

Xəsarət alan yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti