...

Bakıda 42 yaşlı qadını maşın vurub öldürdü

Hadisə Materials 29 May 2024 09:22 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində ölümlə nəticələnən qəza olub.

Trend xəbər verir ki, 1990-cı il təvəllüdlü Həsənova Səadət Rauf qızı idarə etdiyi "Mercedes" markalı avtomobillə Buzovna-Bakı şossesi istiqamətində hərəkətdə olarkən 1982-ci il təvəllüdlü piyada Əliyeva Səadət İbadət qızını vurub.

Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti