...

Balakəndə qəza törədən motosikletçi komaya düşüb

Hadisə Materials 18 İyul 2024 01:57 (UTC +04:00)

Bakı. Trend:

Balakənin Kortala kəndində hərəkətdə olan motosiklet yoldan çıxaraq aşıb və sürücü nəqliyyat vasitəsinin altında qalıb.

Trend-in məlumatına görə, axşam saatlarında Kortala kənd sakini, 30 yaşlı Fərman Əfəndiyev müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstəriləndən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər motosiklet sürücüsünün komaya düşdüyünü və vəziyyətinin ağır olduğunu bildiriblər.

İlkin araşdırmalarla məlum olub ki, Fərman Əfəndiyev kənd ərazisində özünə məxsus motosikleti yüksək sürətlə idarə edib və idarəetməni itirməsi nəticəsində qəza baş verib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti