...

Bərdədə əkin sahəsini suvaran 58 yaşlı kişi sahədə ölüb

Hadisə Materials 31 Mart 2025 13:26 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Bərdədə əkin sahəsini suvaran 58 yaşlı kişi sahədə ölüb.

Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə rayonun Lənbəran kəndində baş verib.

Belə ki, kənd sakini İsmayılov Famil Məhəmməd oğlu istifadəsində olan torpaq sahəsində suvarma işləri apararkən anidən həyatını itirib.

Yaxınlarının Trend-ə verdiyi məlumata görə, F.İsmayılovun ölmə səbəbi ürək tutması olub.

Faktla bağlı rayon prokrorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti