Bakı. Trend:
Sabunçu rayonu ərazisində yerləşən mağazaların birində naməlum şəxsin orada çalışan satıcını kəsici-deşici alətlə hədələyərək quldurluq etməsi barədə polisə məlumat daxil olub.
Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı E.Məmmədov müəyyən olunaraq saxlanılıb.
"Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar aparılır",- məlumatda qeyd edilib.