...

Lerikdə hüquqpozmalarla əlaqədar 86 fakt aşkarlandı

Hadisə Materials 15 Aprel 2025 10:23 (UTC +04:00)
Lerikdə hüquqpozmalarla əlaqədar 86 fakt aşkarlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Lerikdə hüquqpozmalarla əlaqədar 86 fakt aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən profilaktik tədbirlərlə məişət tullantılarının urnalardan kənar yerlərə atılması, qanunsuz küçə ticarəti, avaralıq və dilənçilik, qadağan edilmiş yerlərdə tütün məmulatlarında istifadə və digər hüquqpozmalarla əlaqədar 86 fakt aşkarlanıb.

Həmçinin, rayon ərazisində aparılan əməliyyat və profilaktik tədbirlərlə qanunsuz saxlanılan odlu silah-sursatlar polis əməkdaşları tərəfindən aşkarlanaraq götürülüb.

"Lerik rayonunda qeyd olunan istiqamətlərdə əməliyyat və profilaktik tədbirlər davam etdirilir",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti