...

Lerikdə polis əməliyyat keçirdi: 10 kiloqram narkotik vasitə aşkarlandı (VİDEO)

Hadisə Materials 23 Aprel 2025 09:20 (UTC +04:00)
Lerikdə polis əməliyyat keçirdi: 10 kiloqram narkotik vasitə aşkarlandı (VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitələrin ayrı-ayrı ünvanlara çatdırılaraq satışını təşkil edən 32 yaşlı Nurlan Alızadə, 30 yaşlı Binnət Eyvazlı və 31 yaşlı Nurlan Bəşirov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, onlardan şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri ümumilikdə 10 kiloqram marixuana və tiryək aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti