...

Lerikdə yanğına səbəb olan şəxs məsuliyyətə cəlb edildi

Hadisə Materials 8 Avqust 2025 10:26 (UTC +04:00)
Lerikdə yanğına səbəb olan şəxs məsuliyyətə cəlb edildi
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Avqustun 5-də Lerik rayonunun Çayrud kəndində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə bildirilib ki, araşdırmalarla yanğının Çayrud kənd sakini 1987-ci il təvəllüdlü Cavid Əliyevin həyətində biçilmiş ot sahəsini yandırması və yanğının qonşusuna məxsus sahəyə keçməsi nəticəsində baş verdiyi məlum olub.

C.Əliyev məsuliyyətə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti