...

Ağdaşda 30 yaşlı kişi həmyerlisini bıçaqladı

Hadisə Materials 4 Dekabr 2025 10:39 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdaş. Trend:

Ağdaşda 30 yaşlı kişi 24 yaşlı həmyerlisini bıçaqlayıb.

Trend-in yerli bürosunun xəbərinə görə, bıçaqlanma hadisəsi Ağdaş şəhəri ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini 1985-ci il təvəllüdlü Arzu Səfərli (kişi) həmyerlisi 2001-ci il təvəllüdlü Nicat Qafarova aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirib və daha sonra hadisə yerindən uzaqlaşıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən A.Səfərli saxlanılıb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində istintaq araşdırmaları başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti