...

Sumqayıtda “mebel alqı-satqısı” adı altında dələduzluq edən şəxs saxlanılıb

Hadisə Materials 4 Dekabr 2025 17:02 (UTC +04:00)
Sumqayıtda “mebel alqı-satqısı” adı altında dələduzluq edən şəxs saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Sumqayıt şəhərində dələduzluq faktları qeydə alınıb. Zərərçəkənlərdən birinin “mebel alqı-satqısı” adı altında, digərinin isə “işə düzəltmək” vədi ilə aldadılaraq ümumilikdə 12000 pul vəsaitinin ələ keçirilməsi ilə bağlı polisə müraciətlər daxil olub.

Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər də dələduzluğa görə məhkum olunmuş 40 yaşlı T.Allahyarov və 49 yaşlı A.Allahyarov müəyyən olunaraq saxlanılıblar.

Şəhər ərazisində keçirilən digər tədbir nəticəsində isə vətəndaşın bank kartında olan pul vəsaitini ələ keçirməkdə şübhəli bilinən 41 yaşlı M.Əliyev də saxlanılıb.

Faktlar üzrə araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti