...

Cəlilabadda qardaşı uşaqlarını baltalamaqda şübhəli bilinən şəxs həbsxanada özünü çarpayıdan atıb - Ölüm səbəbi (YENİLƏNİB)

Hadisə Materials 4 Fevral 2026 14:49 (UTC +04:00)
Cəlilabadda qardaşı uşaqlarını baltalamaqda şübhəli bilinən şəxs həbsxanada özünü çarpayıdan atıb - Ölüm səbəbi (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

1977-ci il təvəllüdlü Nağıyev Əli Hüseynbala oğlu Respublika Neyrocərrahiyyə Xəstəxanasında dünyasını dəyişib.

Trend-in əldə etdiyi məlumata görə, Cəlilabadda qardașı uşaqlarını baltalamaqda şübhəli bilinən Əli Naǧıyev saxlanıldığı müəssisədə təkbaşına qaldığı kameradakı çarpayının 2-ci mərtəsindən bașı üstə özünü yerə atıb, bundan sonra xəstəxanaya yerləşdirilərək orada müalicə olunub.

Belə ki, göstərilən tibbi yardımlara baxmayaraq Naǧıyev Əli Hüseynbala oǧlu 03.02.2026-da müalicə olunduğu xəstəxanada ölüb.

xxx
14:33

Respublika Neyrocərrahiyyə Xəstəxanasından Trend-ə verilən məlumata görə Əli Nağıyev 03.02.2026-cı il saat 00:10 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

Pasiyentə açıq kəllə-beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, sol gicgah payının beyindaxili hematoması, soltərəfli kəskin subdural hematoma, dislokasion sindrom, sol təpə sümüyünün gicgah sümüyünə dəvam edən xətti sınığı, sol təpə gicgah nahiyəsinin dərialtı hematoması, sol periorbital hematoması diaqnozları təyin edilib.

Bildirilir ki, onun üzərində sol alın təpə gicgah nahiyədə dekompressiv trepanasiya, sol alın gicgah epidural, sol alın təpə gicgah subdural, sol gicgah payının beyindaxili hematomasının xaric edilməsi, sərt qişanın plastikası üzrə cərrahi əməliyyat icra olunub. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq onun 04.02.2026-cı il saat 01:00 radələrində bioloji ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, vəfat edən şəxs Cəlilabadda qardaşının iki yeniyetmə övladını baltalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti