Bakı.Trend:
Ağdaş sakini velosipeddən yıxılaraq ölüb.
Trend-in məlumatına görə, hadisə Ağdaş rayonu Aşağı Ləki kəndinin ərazisində baş verib.
Belə ki, 38 yaşlı Ə.Qədirov velosiped sürərkən yıxılıb. Ə.Qədirov xəstəxanaya aparılarkən yolda ölüb.
Onun epilepsiya xəstəsi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
