...

Paytaxtda quldurluq edən və avtomobil qaçıran şəxslər saxlanıldı (VİDEO)

Hadisə Materials 11 Fevral 2026 11:40 (UTC +04:00)
Paytaxtda quldurluq edən və avtomobil qaçıran şəxslər saxlanıldı (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxtın Nərimanov rayonunda quldurluq hadisəsi baş verib. Naməlum şəxs sifariş verdiyi qızıl-zinət əşyalarımı kuryer qismində ünvana çatdıran zərərçəkənə bıçaqla xəsarət yetirib və məhsulu götürərək hadisə yerindən uzaqlaşıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən 36 yaşlı Mehman Maqsudov müəyyən olunaraq saxlanılıb. Onun üzərindən narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin də aşkarlanıb. M.Maqsudovun quldurluq əməli təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Şöbə əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində isə paytaxt sakininin “Vaz 2107” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 32 yaşlı İbrahim Məmmədov da saxlanılıb. Qeyd edək ki, İ.Məmmədov qaçırdığı avtomobillə qəza törətdikdən sonra hadisə yerindən uzaqlaşıb. Araşdırmalarla onun bir müddət əvvəl daha iki nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarını və 1 yük avtomobilin akkumulyatorunu oğurladığı məlum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti