Bakı.Trend:
Naxçıvanda bir ailənin altı üzvü dəm qazından zəhərlənib.
Trend-in məlumatına görə, hadisə Naxçıvan şəhərinin Xətai küçəsində qeydə alınıb.
Belə ki, dəm qazı sızması nəticəsində Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1947-ci il təvəllüdlü Məmmədov Niftalı Məmməd oğlu dünyasını dəyişib. N. Məmmədovun beş nəvəsi isə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, fakt araşdırılır.
