2005-ci ilin 8 ayı ərzində Azərbaycan Respublikası ərazisində 11.213 cinayət faktı qeydiyyata alınıb. Trend in DİN-dən əldə etdiyi məlumata görə, bu rəqəm ötən ilin müvafiq dövrünə nisbətən 2 % çoxdur.
Baş vermiş cinayətlərdən 185-i (-5 %) ölüm və ölümə sui-qəsd, 153-ü (0 %) bədənə ağır dərəcəli xəsarət yetirmə, 20-si (-5%) zorlama, 107-si (+9 %) soyğunçuluq, 132-si (+9 %) oğurluq.
Göstərilən dövr ərzində 1316-si (+10%) oğurluqdur, bunlardan 420-si (+7%) mənzil oğurluğu, həmçinin 589 (-40%) dələduzluq, 823 (-4%) xuliqanlıqla əlaqədar cinayətlərdər.
Məlumatda o da bildirilir ki, cari ilin 8 ayı ərzində 829 (+4%) yol hərəkəti qaydaları pozuntusu baş verib, nəticədə 419 nəfər (+24%) həlak olub.