...

Bakı yaxınlığında baş vermiş təyyarə qəzasında "Qaracanbasmunay" şirkətinin birinci vitse –prezidenti həlak olub

Hadisə Materials 26 Dekabr 2005 17:43 (UTC +04:00)

Bakı yaxınlığında baş vermiş təyyarə qəzasında Qazaxıstanın "Qaracanbasmunay" SC-nin birinci vitse -prezidenti Ceyms Yan Hardi həlak olub. Bu barədə KZ-today-ə neft emalı şirkətində bildirilib.

57 yaşlı Ceyms Yan Hardi Böyük Britaniya vətəndaşı idi. "Qaracanbasmunay" şirkətində o, son üç ildə işləyirdi.Bu vaxtadək o uzun illər "British Petroleum" şirkətində çalışıb.

Öncə xəbər verildiyi kimi, dekabrın 23-də saat 22. 27 dəqiqədə Bakı - Aktau marşrutu ilə 217 saylı reysi həyata keçirən AN-140 təyyarəsi Bakı yaxınlığında qəzaya uğrayıb. Təyyarə Bakının Heydər Əliyev adına beynəlxalq hava limanından saat 22.19-da havaya qalxıb və bir neçə dəqiqədən sonra Abşeron yarımadasının şimalında, Bakının 20 km-də sahildə qəzaya uğrayıb.

Xəbər lenti

Xəbər lenti