...

Ötən il Salyanda 51 yol qəzası baş verib

Hadisə Materials 20 Yanvar 2007 13:17 (UTC +04:00)

Salyanda Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər nəticəsində yol-nəqliyyat hadisələrinin sayı 2005-ci ilə nisbətən azalıb. Salyan Rayon Dövlət Yol Polisi İdarəsinin Baş Dövlət Avtomobil müfəttişi, polis mayoru Tahir Abbasovun "Trendə" verdiyi məlumata görə, 2005-ci ildə rayon üzrə ümumilikdə 65 yol-nəqliyyat hadisəsi qeydə alınmışdı. Hadisələr zamanı 24 nəfər ölmüş, 91 nəfər yaralanmışdı. O cümlədən həmin ildə Ələt-Astara yolunda baş verən 47 yol qəzası nəticəsində 15 nəfər ölmüş, 73 nəfər müxtəlif dərəcəli xəsarət almışdı.

Rayonun daxili yollarında isə 9 nəfərin ölümü, 18 nəfərin yaralanması ilə nəticələnən 18 yol-nəqliyyat hadisəsi qeydə alınmışdı. 2006-cı ildə isə göstərilən rəqəmlər aparılmış qabaqlayıcı tədbirlər nəticəsində əvvəlki illərə nisbətən azalmışdı. Belə ki, ötən il 24 nəfərin ölümü, 85 nəfərin yaralanması ilə nəticələnən 51 yol-nəqliyyat hadisəsi qeydə alınıb. O cümlədən Ələt-Astara magistral yolunda 38 yol-nəqliyat hadisəsi baş verib, nəticədə 19 nəfər dünyasını dəyişib, 68 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılaraq ilk tibbi yardım alıb. Rayonun daxili xidmət yollarında isə keçən il 13 yol qəzası qeydə alınıb. Hadisələr zamanı 5 nəfər ölüb, 17 nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti