...

Bərdə rayonunda işıq təchizatı dayandırılıb

Hadisə Materials 18 İyul 2007 12:55 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Bərdədə havanın kəskin pisləşməsi, şiddətli yağışların yağması elektrik enerjisi təchizatında problemlər yaradıb.

Bu gün səhər yüksək gərginlikli elektrik xətləri sıradan çıxıb və rayona elektrik enerjisinin verilməsi səkkiz saatdır ki, dayandırılıb.

Bərdə Rayon Paylayıcı Elektrik Şəbəkəsindən verilən məlumata görə, bir saata yaxındır ki, elektrik xətlərində təmir və bərpa işləri aparılır. Bu gün axşam elektrik enerjisinin bərpa olunacağı ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti