...

Azərbaycanda məcburi köçkün iki azyaşlı övladını və arvadını qətlə yetirib

Hadisə Materials 19 İyul 2007 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Gəncə şəhərində ata 2 azyaşlı övladını və arvadını qətlə yetirib. Gəncə Şəhər Prokurorluğundan cümə axşamı Trend ə verilən məlumata görə, dünən 17-18.00 radələrində Əlövsət Məmmədov küçəsində yerləşən Gəncə Tibb Texnikumunun yataqxanasında məskunlaşmış Kəlbəcər rayonundan məcburi köçkün düşmüş Mürsəl Mahmudov arvadı Nəcibə Mahmudovaya və 3 yaşlı qızı Fəxriyyə və 5 yaşlı oğlu Yusifə bıcaq və balta ilə ağır xəsarət yetirərək xüsusi amansızlıqla onları qətlə yetirib. Hadisədən sonra Mahmudov könüllü polisə təslim olub. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil. İş üzrə bir neçə ekspertiza təyin olunub.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu (qəsdən adam öldürmə) maddələri ilə cinayət işi açılıb. Saxlanılan Mahmudov barəsində məhkəmə sabah həbs qətimkan tədbiri seçəcək.

Xəbər lenti

Xəbər lenti