...

Andersenin ilk nağılı tapılıb

Maraqlı Materials 14 Dekabr 2012 11:17 (UTC +04:00)
Məşhur Danimarka yazıçısı Hans Kristian Andersenin 1820-ci ildə qələmə aldığı güman edilən ilk nağılı tapılıb. Bu barədə Trend Türkiyə KİV-inə istinadən xəbər verir.
Andersenin ilk nağılı tapılıb

Azərbaycan, Bakı, 14 dekabr / Trend, müxbir X.Murtuzayeva /

Məşhur Danimarka yazıçısı Hans Kristian Andersenin 1820-ci ildə qələmə aldığı güman edilən ilk nağılı tapılıb. Bu barədə Trend Türkiyə KİV-inə istinadən xəbər verir.

Danimarkalı tarixçi Esben Bragenin Andersenin vətəni Odensedə yerləşən Milli Arxivdə araşdırma apararkən tapdığı "Piy şamı" adlı əlyazması qısa bir nağıldır. Mətn cəmi 6 səhifədən və 700 sözdən ibarətdir. Andersenin xanım Bunkefloda ithaf etdiyi nağılda "daxili gözəlliyi fərq edilənə qədər laqeydlikdən çirklənən hörmətli bir şamın hekayəsi"ndən bəhs edilir. Alimin fikrincə, xanım Bunkeflod Andersenin uşaqkən tez-tez baş çəkdiyi və borc kitab aldığı dul qadın olub.

Xatırladaq ki, Hans Kristian Andersen 1805-ci ildə Odensedə yoxsul bir ailədə dünyaya gəlib. Dünya şöhrətli yazıçı 160-a qədər nağıl yazıb. Onun əsərləri 100-dən çox dilə tərcümə edilib. İlk nağıllar kitabı 1835-ci ildə çap olunub. Andersenin ən məşhur nağılları arasında "Çirkin ördək balası", "Balaca su pərisi", "Şahzadə və Yaşıl noxud dənəsi", "Kibrit satan qız" adlı əsərlər var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti