...

Bir milyon dollar qazandı, ertəsi gün öldü

Maraqlı Materials 8 Yanvar 2013 16:16 (UTC +04:00)
ABŞ-da lotereya oyunlarından 1 milyon dollar qazanan şəxsin xoşbəxtliyi çox sürməyib.
Bir milyon dollar qazandı, ertəsi gün öldü

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir X.Murtuzayeva/

ABŞ-da lotereya oyunlarından 1 milyon dollar qazanan şəxsin xoşbəxtliyi çox sürməyib. Belə ki, o, ertəsi gün zəhərlənərək vəfat edib. Bu barədə Trend xarici KİV-ə istinadən məlumat verir.

Çikaqoda yaşayan 46 yaşlı Uroj Xanın həyatı qazandığı 1 milyon dollarla tamamilə dəyişə bilərdi. Ancaq bu şəxs pulunu aldıqdan düz 1 gün sonra qəribə şəkildə dünyasını dəyişib. Xanın meyiti yarıldıqdan sonra onun sionid turşusundan zəhərlənərək öldüyü məlum olub.

Qeyd edək ki, qazandığı pullarla işini böyüdüb xəstəxanalara yardım edəcəyini açıqlayan Xan lotereya biletlərinə cəmi 60 dollar pul ödəmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti