...

Tarixdə ilk dəfə ağdəriliyə qarşı irqçi ifadələrə görə məhkəmə prosesi keçirilir

Maraqlı Materials 27 Aprel 2013 18:47 (UTC +04:00)
Bu gün Parisdə misli görünməmiş məhkəmə prosesi öz işinə başlayıb.
Tarixdə ilk dəfə ağdəriliyə qarşı irqçi ifadələrə görə məhkəmə prosesi keçirilir

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Bu gün Parisdə misli görünməmiş məhkəmə prosesi öz işinə başlayıb. Trend-in Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, yerli sakin irqi zəmində yoldan keçən ağdərilini döydüyünə və təhqir etdiyinə görə ittiham edilir.

Yerli məhkəmə tarixində ilk dəfə qeydə alınan bu proses 2010-cu ilin sentyabrında baş vermiş insidentlə bağlıdır. Belə ki, hazırda ittiham edilən Arno adlı yerli sakin və onunla əlbir olan başqa bir gənc yoldan keçən şəxsdən siqaret istəyiblər. Həmin şəxs imtina etdiyinə görə gənclər tərəfindən döyülüb və ünvanına "iyrənc ağdərili, iyrənc fransız" ifadələri səsləndirilib.

Həmin vaxt xəsarət alan şəxs ağır vəziyyətdə xəstxənaya çatdırılmışdı. Hücum edənlər isə hadisə yerindən qaçmışdılar. Sonradan polis Arnonu tutmağa müvəffəq olub. Lakin o, irqçi əhval-ruhiyyəsində olduğunu qətiyyətlə rədd edir.

Hadisə şahidlərinin sözlərinə görə, hücum edən digər şəxs ərəbdilli olub.

İndi Arnonu 4 il müddətinə həbs cəzası gözləyir. Prokuror onun üçün bu cəzanı istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti