...

16 milyard il ərzində vaxtı səhvsiz göstərəcək saat

Maraqlı Materials 24 Fevral 2015 17:46 (UTC +04:00)
Yaponiya alimləri yüksək dəqiqlikli atom saatı hazırlayıblar.
16 milyard il ərzində vaxtı səhvsiz göstərəcək saat

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Yaponiya alimləri yüksək dəqiqlikli atom saatı hazırlayıblar.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni saatın özəlliyi onun 16 milyard il ərzində vaxtı səhvsiz göstərməsidir.

Yeni qurğunun əsasında stronsiumun soyudulmuş atomlarından ibarət matrisa dayanır. Stronsiumun atomları lazer şüalarından təşkil edilmiş optik çərçivəyə bağlanıb. Stronsiumun atomlarının temperaturu mənfi 180 dərəcəyə çatır. Vaxt intervallarının ölçü miqdarı isə bu kimyəvi elementin hissələrinin udduğu işıq tezliyidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti