...

10 yaşlı uşaq Kilimancaroya qalxır

Maraqlı Materials 27 May 2015 00:21 (UTC +04:00)
Kanadanın Ontario vilayətinin Mississoqa şəhərindən olan 10 yaşlı Qevin Monsur iyunun 19-da Kilimancaro (5895 m) ekspedisiyasına başlayır.
10 yaşlı uşaq Kilimancaroya qalxır

Azərbaycan, Bakı, 27 may /Trend/

Kanadanın Ontario vilayətinin Mississoqa şəhərindən olan 10 yaşlı Qevin Monsur iyunun 19-da Kilimancaro (5895 m) ekspedisiyasına başlayır.

Trend Azərbaycan Alpinizm Federasiyasına istinadən məlumat verir ki, planı uğurla başa çatsa, Qevin Afrikanın ən yüksək nöqtəsi olan bu zirvəyə qalxan ən gənc kanadalı olacaq.

Qeyd edək ki, bu zirvənin rekordu amerikalı Kits Boyda aiddir. O, 2008-ci ildə 7 yaşında ikən bu zirvəyə qalxıb.

Q.Monsur deyib: "Mənim üçün bu qalxma unikaldır. İnana bilmirəm ki, Kilimancaroya qalxmağı planlaşdıran ən gənc kanadalı və dünyada beşinci uşağam".

Şəxsi nəticəsindən savayı, bu qalxma ilə gənc alpinist xərçəng xəstəliyinə tutulan uşaqlar üçün yay düşərgəsinə yardım kampaniyasına da dəstək vermək fikrindədir: "Lazım olan 50 min dolları yığa bilsəm, əla olardı".

Gələcək ekspedisiya üçün Qevin il boyu hazırlıq edir, valideynlərin nazarəti altında məşqlər edirdi.

Qeyd edək ki, məşqlər zamanı Qevin 2014-cü ildə ABŞ-ın ikinci ən hündür nöqtəsi olan Elbert zirvəsinə qalxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti