...

ABŞ alimləri laboratoriyada insan beyni yetişdirdilər

Maraqlı Materials 21 Avqust 2015 02:22 (UTC +04:00)
ABŞ alimləri ilk dəfə laboratoriya şəraitində insan beyni yetişdiriblər.
ABŞ alimləri laboratoriyada insan beyni yetişdirdilər

Azərbaycan, Bakı, 20 avqust /Trend/

ABŞ alimləri ilk dəfə laboratoriya şəraitində insan beyni yetişdiriblər. Dəri hüceyrəsindən yetişdirilən, noxud dənəsindən bir az böyük olan orqanoid funksionallıq və struktur baxımından beş həftəlik insan dölünün beyni ilə eynidir. Trend bu barədə Korrespondent.net saytına istinadən məlumat verir.

Alimlər bildiriblər ki, protobeynin şüuru yoxdur, onun üzərində aparılan təcrübələr isə Alzgeymer xəstəliyi ilə mübarizədə yeni üsulları sınaqdan keçirməyə kömək olacaq.

Tədqiqat qrupunun rəhbəri Ohayo Universitetindən olan Rene Anand BBC-ə müsahibəsində bildirib ki, uzun müddətdir beyin xəstəliyinin səbəb olduğu mürəkkəb problemlərin həlli üzərində işləyirik: "Beynin bu modelinin yaranması tibdə sıçrayış edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti