...

Əsgərlərin beyninə elektron çiplər yerləşdirilə bilər

Maraqlı Materials 29 Sentyabr 2015 15:29 (UTC +04:00)
Layihənin başlıca məqsədi superəsgərlərin yaradılması yox, onların beyninin qorunmasıdır.
Əsgərlərin beyninə elektron çiplər yerləşdirilə bilər

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi Tədqiqat İşləmələri Agentliyi (Defence Advanced Research Project Agency - DARPA) hərbçilərin beyninə elektron çiplərin tətbiqi ilə bağlı işlər aparır.

Trend Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən məlumat verir ki, layihənin başlıca məqsədi superəsgərlərin yaradılması yox, onların beyninin qorunmasıdır. Artıq "Neuroprosthetics" adlanan implantların sınaqları keçirilir. Bu barədə ABŞ jurnalisti Enni Ceykobsenin "Pentaqonun beyni" adlı kitabında da bəhs olunur.

Məlumata görə, "DARPA" uzun illər ərzində hərbi qulluqçuların beyninə çiplərin yerləşdirilməsi ideyasını həyata keçirməyə çalışsa da, əsgərlərin "kiborq"lara çevrilməsi yalnız indi mümkün olub. Agentlik əsgərlərin döyüş meydanında döyüş qabiliyyətinin artırılması və əsgərlərin kəllə-beyin zədəsindən sonra müalicəsi üzrə bir sıra layihələr həyata keçirib.

"Newsru" yazır ki, superəsgərlərin yaradılması Pentaqonun yeni proqramının yeganə məqsədi deyil. Hərbçilərin fikrincə, çiplərin tətbiqi süni intellektin yaradılması yolunda yeni addım olacaq və daha yüksəksəviyyəli robotlar yaratmağa imkan verəcək. Kitab müəllifinin yazdığına görə, agentliyin başlıca məqsədinin yeni silah növlərinin yaradılması olduğunu unutmaq olmaz. Sual doğuran əsas məsələ isə proqramın məhz hərbi məqsədlər üçün necə istifadəsi ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti