...

Qəddafi, Efiopiya imperatoru və İspaniya şahzadəsinin saatları hərracda (FOTO)

Maraqlı Materials 17 Noyabr 2015 23:04 (UTC +04:00)

Bakı. Trend:

Cenevrədə nadir saatların satışı üzrə 3 hərrac keçirilib.

Hərraclara çıxarılan əşyalar arasında Liviya lideri, Efiopiya imperatoru və İspaniya şahzadəsinə məxsus saatlar da var.

Trend həmin hərraclara qoyulan bəzi saatları təqdim edir:

Estimeytlər (ilkin satış qiyməti) İsveçrə frankı (1 frank hazırda təqribən 1 ABŞ dollarına bərabərdir) ilə göstərilib.

"Henry Capt No. 602 Musique d'Amour". Cib saatı. 750 əyarlı qızıl. Estimeyt: 35-55 min frank (təqribən 1810-cu il)

"Breguet No. 3104, Montre Or à Répétition à Minutes". Cib saatı. 750 əyarlı qızıl. 1818-ci ildə 2980 qızıl franka İspaniya şahzadəsi Karlosa satılıb. Est.: 50-100 min frank (1818-ci il)

"Rolex, Sporting Prince Chronometer, Ref. 1883/1599". Qol saatı. Olduqca nadir "Rolex". 750 əyarlı qızıl və paslanmayan polad. Est.: 15-25 min frank (1932-ci il)

"Patek Philippe Ref. 1436". Qol saatı. Est.: 1,5 - 3 milyon frank (1945-ci il)

"Cartier Tank Basculante". Qol saatı. 750 əyarlı qızıl. Est.: 25-35 min frank (1945-ci il)

"Omega OT 14.173". Qol saatı. Əl işi. 750 əyarlı qızıl. Efiopiya imperatoru Hayle Selassieyə məxsus olub. Est.: 20-40 min frank (1949-cu il)

"Gübelin". Qol saatı. 750 əyarlı qızıl. Cenevrədə hazırlanıb. Est.: 20-40 min frank (1955-ci l)

"Chopard Ref. 1278". Qol saatı. Brilyant və 750 əyarlı qızıl. Liviyanın sabiq lideri Müəmmər Qəddafinin 40 illik yubileyi münasibətilə məhdud sayda buraxılıb. Est.: 6-8 min frank (1999-cu il)

"Audemars Piguet, Batman and Night and Day". Cib saatı. Yeganə nüsxə. 750 əyarlı qızıl, 1599 brilyant və göy yaqut (müvafiq olaraq, 38,18 və 58,67 karat). Est.: 220-320 min frank (2002-ci il)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti