...

Buenos-Ayresdə Messiyə abidə qoyulub

Maraqlı Materials 29 İyun 2016 12:36 (UTC +04:00)
Buenos-Ayresdə Argentinanın futbol üzrə milli yığmasının kapitanı Lionel Messiyə abidə ucaldılıb.
Buenos-Ayresdə Messiyə abidə qoyulub

Bakı. Elçin Hüseynov - Trend:

Buenos-Ayresdə Argentinanın futbol üzrə milli yığmasının kapitanı Lionel Messiyə abidə ucaldılıb. Bu barədə Trend "La Aficion" portalına istinadən xəbər verir.

Abidənin açılışında paytaxt Buenos-Ayresin meri Orasio Rodriges Laretta bildirib ki, azarkeş kimi Messidən futbolu tərk etməməyi xahiş edir.

Xatırladaq ki, Amerika kuboku finalında Argentinanın Çili yığmasına məğlubiyyətindən sonra L.Messi doğma komandasını tərk edəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti