...

Adamlar özləri də bilmədən normadan artıq yeyirlər

Maraqlı Materials 11 Avqust 2016 03:35 (UTC +04:00)
Alimlər qidada kalorinin miqdarına nəzarət etməyin asan üsulunu təklif ediblər
Adamlar özləri də bilmədən normadan artıq yeyirlər

Bakı. Trend:

Alimlər qidada kalorinin miqdarına nəzarət etməyin asan üsulunu təklif ediblər.

Trend Sputnik-ə istinadən məlumat verir ki, son on ildə adamlar daha az kalorili yeməklər yesələr də, piylənmə ildən-ilə artır.

"BIT" şirkətinin əməkdaşları bunun səbəbini öyrənməyə çalışıblar. Tədqiqat göstərib ki, adamların əksəriyyəti özləri də hiss etmədən normadan çox yeyir.

Yaşlı insanın qida rasionunda orta hesabla 2000 kalori olmalıdır. Fiziki əməklə məşğul olan kişilərə daha çox, ofisdə əyləşən qadınlara daha az kalori lazımdır. Alimlər müəyyən ediblər ki, insanlar gündə orta hesabla təxminən 3000 kalori qəbul edir, yəni normadan 150 faiz çox yeyirlər.

Alimlər bildiriblər ki, qidada kalorinin miqdarına nəzarət etmək asandır, bunun üçün sadə həqiqəti dərk etmək kifayətdir. Şirniyyat həmişə kalorilidir. İki konfetdə suda bişmiş böyük ət tikəsində olduğu miqdarda kalori ola bilər. Yarım litr kolada 200 kalori var. Bulkada da eyni miqdarda kalori var. Məhz bu cür məhsullar normadan çox yeməyin həcmini təşkil edir.

Xəbər lenti

Xəbər lenti