...

“Dünya gənclərin gözü ilə” adlı poçt məhsulu tədavülə buraxılıb (FOTO)

Maraqlı Materials 4 Oktyabr 2019 14:36 (UTC +04:00)
Polşa poçtu “Dünya gənclərin gözü ilə” adlı poçt məhsulunu dövriyyəyə buraxıb. Poçt bloku 3 poçt markasından ibarətdir.
“Dünya gənclərin gözü ilə” adlı poçt məhsulu tədavülə buraxılıb (FOTO)

Bakı. Trend:

Polşa poçtu “Dünya gənclərin gözü ilə” adlı poçt məhsulunu dövriyyəyə buraxıb. Poçt bloku 3 poçt markasından ibarətdir. Markaların ölçüləri 51х39.5 mm, hər markanın tiraji isə 100 min nüsxədir.

Trend-in məlumatına görə, layihə rəssamlar Paulina Malarz, Karolina Rupik və Patrik Zelanski, dizayner Rox Stefanyaka məxsusdur. Bu maraqlı poçt markalarının nominal dəyəri 3.30 PLN təşkil edir.

Buraxılışa əlavə olaraq poçt markalarının dövriyyəyə buraxıldığı gün Varşava şəhəri üçün “İlk gün” zərfi və möhür hazırlanacaq. Poçt markalı zərfin üzərinə xüsusi həkketmə həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti